Okt 29, 2017 15:48 Asia/Baku
  • Nigeriya şiələri rəhbərinin cismani durumu haqda xəbərdarlıq edilib
    Nigeriya şiələri rəhbərinin cismani durumu haqda xəbərdarlıq edilib

Nigeriya islam hərəkatının baş üzvü bu ölkə dövlətinin rəftarını tənqid və onun cismani durumu haqda xəbərdarlıq edib.

Nigeriya islam hərəkatının baş üzvü Şeyx Adəm Soho bu gün Mehr xəbər agentliyi ilə müsahibədə deyib ki, bu ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Yaqub Zəkzaki və onun həyat yoldaşı zindanda həkimə ehtiyaclıdırlar, amma Nigeriya dövləti indiyədək onların müalicə mərkəzlərinə köçürülmələrinə icazə verməyibdir, zira onun jurnalistlərlə onların istəmədikləri sözlər deyəcəyindən qorxurlar.

Şoho əlavə edib: Nigeriya dövləti sionist rejim, ABŞ və səud rejiminin siyasətlərinin nüfuzu altındadır və onların hamısı Nigeriya şiələrinə qarşı fitnə törədirlər; Livan, Suriya və İraqa qarşı fitnə törətdikləri kimi.

Nigeriyanın ordu qüvvələri 2015-ci ilin dekabrında müsəlmanlara hücum edərək, yüzlərlə nəfəri, o sıradan Şeyx Zəkzakinin üç övladını şəhid, onun özünü də həyat yoldaşı ilə yanaşı həbs etdilər.

Şeyx Zəkzaki və onun həyat yoldaşı təcili azadlıq barədə məhkəmə hökmünün çıxarılmasına rəğmən, hələ də məhbəsdədirlər.

Teqlər