Moskvadan ABŞ-a reaksiya
-
Moskvadan ABŞ-a reaksiya
Rusiya Xarici İşlər Nazirliyi amerikan mediaların SSRİ-nin kəşfiyyat qüvvələrinin ABŞ-ın sabiq prezidentinin qətli ilə əlaqəsinin olması barədəki təxminlərini rədd edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün deyib: Amerikanın keçmiş prezidenti Con Kennedinin qətlinin SSRİ-nin təhlükəsizlik qüvvələri ilə əlaqəli olmasına dair təxminlər əsassızdır.
Zaxarova əlavə edib: Bu məsələ siyasi məqsədlə irəli sürülür və etika qaydalarından uzaq bir hərəkətdir ki, bu gün Kennedinin qətli ilə bağlı gizli informasiyalar bir neçə onillikdən sonra yayılaraq, Rusiyaya nalayiq və əsassız töhmətlər vurulmuş olsun.
Amerika dövləti son vaxtlar bu ölkənin ötən əsrin altmışıncı onilliyinə təsadüf edən 35-ci prezidenti Con Kennedinin terroru ilə bağlı məxfi sənədlərdən yüzlərlə səhifə yayıbdır.
Bəzi amerikan medialar ifşa olunmuş bu gizli sənədlərə istinadla Moskvanı Kennedinin qətlində əli olmaqda ittiham ediblər.
Con Kennedinin 1963-cü ildə terror edilməsi barədə altmış min sənədin olmasına rəğmən, Amerikanın indiki prezidenti Donald Tramp bu sənədlərin bir hissəsinin yayılması ilə razılaşıbdır.