Noy 01, 2017 10:33 Asia/Baku
  • Nyu-Yorkda terror aktı törədən şəxsin kimliyi açıqlandı

Federal Təhlükəsizlik Bürosu(FBİ) Nyu-Yorkun Manhetten məhəlləsində baş verən terror aktının qırğızıstan əsilli bir şəxs tərəfindən törədildiyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, ABŞ-ın federal polisinin verdiyi açıqlamada deyilir: Manhettendə yük maşınını insanların üzərinə sürərək, 15 nəfərə xəsarət yetirən şəxs 2010-cu ildə ABŞ-a gəlmiş 29 yaşlı bir qırğız olub. 

Federal polisin bildirdiyinə görə, terrorçunun idarə etdiyi avtomobildən aşkar edilən silahlar həqiqi silahlar olmayıb və hadisə yerindən gələn güllə səsləri polis əməkdaşları tərəfindən terrorçunu zərərsizləşdirmək üçün açılan atəşin səsi olub.

Nyu-York polisinin verdiyi məlumata görə, Manhetten məntəqəsində bir yük maşını ilə törədilən terror aktında 8 nəfər həlak olub, 10 nəfər də yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olanlar da var. 

Bəzi qaynaqlar hadisəni törədən şəxsin də polis tərəfindən vurularaq, yaralı şəkildə ələ keçirilməsindən xəbər verirlər. 

Teqlər