Lavrov ABŞ-da sosial şəbəkələrin Rusiya medialarına hücumlarını qınayıb
https://azeri.sahartv.ir/news/dünya-i286112-lavrov_abŞ_da_sosial_şəbəkələrin_rusiya_medialarına_hücumlarını_qınayıb
Rusiyanın xarici işlər naziri Amerikanın sosial şəbəkələrinin Rusiya medialarına qarşı hücumlarını qorxunc adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2017 09:05 Asia/Baku
  • Lavrov ABŞ-da sosial şəbəkələrin Rusiya medialarına hücumlarını qınayıb
    Lavrov ABŞ-da sosial şəbəkələrin Rusiya medialarına hücumlarını qınayıb

Rusiyanın xarici işlər naziri Amerikanın sosial şəbəkələrinin Rusiya medialarına qarşı hücumlarını qorxunc adlandırıb.

Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya XİN başçısı Sergey Lavrov dünən bir mətbuat konfransında etdiyi çıxışında Amerikanın sosial şəbəkələrinin 2016-ci il prezident seçkilərində müdaxilə bəhanəsi ilə Rusiyanın medialarına hücumlarını qorxunc adlandırıb və onları peşəkarlıq prinsiplərinə riayət etməyə çağırıb. 

Sergey Lavrov deyib: Moskva Amerikanın sosial şəbəkələri və medialarının jurnalistik peşəkarlıq prinsiplərinə sadiq qalmalarını gözləyir. 

Rusiyanın xarici işlər naziri həmçinin Rusiya medialarını ABŞ Konqresi tərəfindən məruz qaldıqları təzyiqlərə təslim olmamağa çağırıb. 

Son vaxtlar Twitter şirkəti Rusiyanın xəbər agentlikləri olan Russia Today və Sputnikin reklamlarını silib və dayandırıb. 

Twitter bu qərarı Amerika kəşfiyyat orqanlarının sözü gedən iki medianın 2016-cı il ABŞ-da perzident seçkilərinə müdaxilə cəhdləri barədəki iddiaları əsasında verdiyini bildirib. 

Rusiyanın ABŞ-da son prezident seçkilərinə müdaxiləsi iddiası Donald Tramp ilə Hillari Klintonun seçki rəqabətləri dövründə və ondan sonra bir çox qalmaqallara səbəb olmuşdur. 

Rusiya dövləti ABŞ prezident seçkilərinə hərhansı müdaxiləsini rədd edib.