İnquşetiyada akt; 2 nəfər öldü
https://azeri.sahartv.ir/news/dünya-i286170-İnquşetiyada_akt_2_nəfər_öldü
Rusiya Federasiyasının İnquşetiya Muxtar Respublikasında polis şöbəsinə kamikadze hücumu olub. Nəticədə 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2017 07:09 Asia/Baku
  • İnquşetiyada akt; 2 nəfər öldü

Rusiya Federasiyasının İnquşetiya Muxtar Respublikasında polis şöbəsinə kamikadze hücumu olub. Nəticədə 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.

İRNA-nın məlumatına görə, bu akt ötən gecə İnquşetiya Muxtar Respublikasının Yandar kəndində baş verib və hücum edənlərdən biri polis şöbəsi yaxınlığında partlayış nəticəsində ölüb, ikinci şəxs isə hadisə yerindən qaçmaq istəyərkən məmurların atəşi nəticəsində öldürülüb. 

İTAR-TASS İnquşetiya Muxtar Respublikasının təhlükəsizlik rəsmisinə istinadla bildirib: Bu aktda 4 yol polisi əməkdaşı yaralanıb. 

İnquşetiya Muxtar Respublikası və Şimali Qafqa bəzi silahlı qruplar və İŞİD-ə bağlı terrorçuların nüfuzuna görə, terrorizmlə mübarizə məqsədilə Rusiyanın təhlükəsizlik xidmətləri üçün xüsusi əhəmiyyət kəsb edir. 

Son bir ildə Şimali Qafqazda bu terror qruplaşması ilə əlaqədar çoxlu sayda terrorçu ya öldürülmüş, ya da saxlanılmışdır.