Noy 11, 2017 12:55 Asia/Baku
  • ABŞ-sız Trans-Sakit Okean layihəsi
    ABŞ-sız Trans-Sakit Okean layihəsi

Sakit okeanın ətrafında yerləşən 11 ölkə ABŞ-ın iştirakı olmadan sərbəst ticarət anlaşmasında iştirakla əlaqədar yeni layihənin irəlilədilməsi üzrə razılığa gəlib.

ABŞ-ın çıxmasından sonra Trans-Sakit Okean Sazişinin taleyi naməlum vəziyyətlə üzləşmişdi. Quruma üzv 11 ölkənin naziri razılığa gəldiklərini bildirib. Bu sazişə üzv ölkələrin dövlət başçılarının cümə günü görüşünün son dəqiqələrdə ləğvinə səbəb olan ixtilaflara rəğmən, bir bəyanat verilib. Bəyanata əsasən, bu sazişin icrası üçün əhatəli razılaşmanın əsas mehvərləri haqda razılıq əldə olunub. Bu saziş 7 il müzakirədən sonra 2016-cı ildə ABŞ-ın sabiq prezidenti Barak Obamanın səyləri ilə nəticəyə çatdı və yekunlaşdı. Lakin çoxtərəfli anlaşmalardan çıxmaqla məşhurlaşan ABŞ-ın hazırkı prezidenti Donald Tramp öz prezidentliyinin ilk günlərində ölkəsinin bu sazişdən çıxdığını elan etdi. Tramp Asiya-Passifik İqtisadi Əməkdaşlıqlar Təşkilatının iclasında çoxtərəfli razılaşmalar yerinə ikitərəfli anlaşmalar və əməkdaşlıqlara maraq göstərdiyini bildirdi. Trampın əksinə olaraq, ölkələrin açıq iqtisadiyyatı dəstəkləməsinin vacibliyini qeyd edən, həmçinin Sakit Okeanda çoxtərəfli ticarət rejiminin dəstəklənməsinə israrlı olan Çin prezidenti Si Tsinpin iştirakçılar tərəfindən alqışlanıb. ABŞ və Çin istisna olmaqla, Sakit okeanın ətrafındakı 11 ölkə Trans-Sakit Okean Sazişinin üzvüdür. 

ABŞ-ın qeyd olunan layihədən çıxması öz inkişafı istiqamətində bu layihənin iqtisadi mənafeyindən faydalana biləcəklərini təsəvvür edən üzv ölkələr bu dəfə ABŞ olmadan bu layihənin icraya qoyulması istiqamətində addım atmağa çalışıblar. Malayziya, Peru, Brunei, Kanada, Yaponiya, Meksika, Çili, Yeni Zelandiya, Sinqapur, Vyetnam, Avstraliya hazırda ABŞ olmadan Yaponiyanın rəhbərliyi ilə Trans-Sakit Okean Əməkdaşlığı Layihəsini xilas etməyə çalışırlar. 

Teqlər