Rusiya Ukraynanın 82 pilotsuz təyyarəsini vurub
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu ölkənin hava hücumundan müdafiə bölmələrinin Moskva da daxil olmaqla Rusiya ərazisi üzərində Ukraynanın 82 pilotsuz təyyarəsini məhv edib.
Rusiya Müdafiə Nazirliyi şənbə günü səhər yaydığı bəyanatda pilotsuz təyyarələrin əksəriyyətinin Ukrayna sərhədi yaxınlığında və ya Rusiyanın mərkəzi hissəsində məhv edildiyini bildirib.
Moskva meri Sergey Sobyanin da bildirib ki, paytaxta doğru hərəkət edən 6 pilotsuz uçan aparatı məhv edilib.
Bu elə bir haldadır ki, Rusiyacümə günü səhər saatlarında 407 pilotsuz təyyarədən və 45 qanadlı və ballistik raketdən istifadə edərək, Ukraynada müxtəlif obyektlərə və hədəflərə zərbələr endirib ki, nəticədə 6 nəfər həlak olub, 80 nəfər isə yaralanıb.
Ukraynaya hücumların yeni dalğası Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampa Moskvanın, Ukraynanın Rusiyanın strateji bombardmançı təyyarələrinə hücumuna cavab verəcəyini bəyan etməsindən sonra baş verib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın iyunun 1-də Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hava limanlarında pilotsuz uçan aparatları ilə terror aktı həyata keçirdiyini, İvanovo, Ryazan və Amur vilayətlərinə edilən hücumların dəf edildiyini açıqlamışdı. Zərbələr nəticəsində bir neçə təyyarə yanıb, lakin alov söndürülüb.