Nigeriyada qanlı Ərbəin
-
Nigeriyada qanl Ərbəin
Nigeriyada təhlükəsizlik qüvvələrinin Hüseyn(ə) əzadarlarına hücum etməsi bir qrup müsəlman həyatını itirib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, paytaxt Abucada təhlükəsizlik qüvvələrinin yaylım atəş açması nəticəsində Ərbəin yürüşü iştirakçılarından olan 4 nəfər şəhid olub, onlarla nəfər yaralanıb.
Yerli mənbələr Nigeriya polisinin bir qrup yürüş iştirakçısını da həbs etməsindən xəbər veriblər.
Təhlükəsizlik qüvvələri həmçinin, Nigeriya İslam Hərəkatı üzvlərinin Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin qanunsuz həbsinin davam etməsinə etiraz olaraq keçirdiyi aksiyaya hücum edərək, bir qrup iştirakçını yaralayıblar.
Aksiyada iştirak edən minlərlə nəfər Şeyx Zəkzaki və onun həyat yoldaşının, azad edilmələri barədə məhkəmə qərarının olmasına rəğmən, hələ də həbsdə saxlanılmasına etiraz edib.
İnsan haqları təşkilatları da Nigeriyada müsəlmanların represiya edilməsi və hüquqlarının tapdalanması haqda xəbərdarlıq ediblər.
Nigeriyada müsəlmanlara qarşı kütləvi repressiya dalğası 2015-ci ilin dekabrında ordu qüvvələrinin Zariya şəhərində şiələrin hüseyniyəsinə hücum etməsi ilə başlandı. Ordu qüvvələri bu hadisədə mindən çox şiə müsəlmanı o cümlədən Şeyx Zəkzakinin 3 övladını şəhid etmişdilər. Şeyx Zəkzaki və həyat yoldaşı isə həbs ediliblər. Sərbəst buraxılmaları barədə məhkəmə qərarına baxmayaraq, Şeyx Zəkzak və həyat yoldaşı hələ də həbsdə saxlanılır.