Rusiya 2 amerikan radioya qarşı addım atacaq
https://azeri.sahartv.ir/news/dünya-i286633-rusiya_2_amerikan_radioya_qarşı_addım_atacaq
Kreml rəsmiləri bildiriblər ki, ABŞ konqresi tərəfindən maliyələşən iki radio kanalı Rusiyanın yeni qanununda "Xarici amil" hesab ediləcək ilk mediyalar olacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2017 18:00 Asia/Baku
  • Rusiya 2 amerikan radioya qarşı addım atacaq
    Rusiya 2 amerikan radioya qarşı addım atacaq

Kreml rəsmiləri bildiriblər ki, ABŞ konqresi tərəfindən maliyələşən iki radio kanalı Rusiyanın yeni qanununda "Xarici amil" hesab ediləcək ilk mediyalar olacaqlar.

FransPressin verdiyi məlumata görə, Rusiyanın Ədliyyə Nazirliyi bu gün bir bəyanat yayaraq bildirb ki, bu mövzu yazılı şəkildə Amerikanın səsi radiosu və Azadlıq radiosunun diqqətinə çatdırılıb və Qafqaz, Sibir və Krim regionlarında da oxşar qərarlar planlaşdırılır. 

Rusiya nümayəndələri dünən bir qanun qəbul ediblər həmin qanuna görə Ədliyyə Nazirliyinin qərarı ilə bəzi əcnəbi mediyaları xarici amil hesab etmək olar. Bu təşəbbüs ABŞ-ın Rusiyanın Russiya Today telakanalını xarici hesab etməsinə cavab xarakteri daşıyır 

Rusiyanın yeni qanunu Rusiya Federasiya Şurasında qəbul olunduqdan və prezident Vladimir Putin tərəfindən imzalandıqdan sonra icra edilə biləcək.