Rusiya ABŞ-ın Suriya əleyhinə qətnaməsinə veto qoydu
https://azeri.sahartv.ir/news/dünya-i286692-rusiya_abŞ_ın_suriya_əleyhinə_qətnaməsinə_veto_qoydu
Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silahlardan istifadə olunması haqda araşdırma üçün birgə iş müddətinin uzadılması haqda ABŞ-ın qətnaməsinin ilkin mətninə veto tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2017 15:50 Asia/Baku
  • Rusiya ABŞ-ın Suriya əleyhinə qətnaməsinə veto qoydu

Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silahlardan istifadə olunması haqda araşdırma üçün birgə iş müddətinin uzadılması haqda ABŞ-ın qətnaməsinin ilkin mətninə veto tətbiq edib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Rusiya ötən gün, 2011-ci ildə Suriyada böhran başlandıqdan bəri beşinci dəfə BMT Təhlükəsizlik Şurasında Suriya əleyhinə qətnamənin ilkin mətninin təsdiqlənməsinin qarşısını almaq üçün veto hüququndan istifadə edib və Suriyada kimyəvi silahlardan istifadənin olunması haqda birgə araşdırma işinin müddətinin uzadılması ilə əlaqədar ABŞ-ın qətnaməsinin təsdiqlənməsinə imkan verməyib.

BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatının birgə araşdırma komitəsi öz araşdırmasının nəticəsində iddia edib ki, Suriya hökuməti Xan Şeyxunda Zarin qazından istifadə edib.

Halbuki Suriya bu iddianı rədd edib.

ABŞ tərəfindən təqdim olunan qətnamənin ilkin mətni haqda səsvermədə BMT Təhlükəsizlik Şurasına 12 üzv ölkə lehinə, Misir və Çin isə bitərəf səs verib. Lakin Rusiya veto hüququndan istifadə edərək bu qətnaməyə veto tətbiq edib və onun təsdiqlənməsinə imkan verməyib.

BMT Təhlükəsizlik Şurasında qətnamənin təsdiqlənməsi 9 lehinə səs, eyni zamanda daimi üzvlərin veto hüququndan istifadə etməməsini tələb edir.

ABŞ, Rusiya, Fransa, Çin və Britaniya Təhlükəsizlik Şurasının beş daimi üzvüdür.

Bu arada Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatının Suriyda kimyəvi silahlardan istifadə haqda birgə komissiyasının hesabatını rədd edib və deyib: Bu komissiya prioriteti Rusiyaya qarşı çıxmaq olan şəxslərin nüfuzu altında olub.