Lavrov Rusiya, İran və Azərbaycan arasındakı üçtərəfli əməkdaşlığın önəminə təkid edib
Rusiya xarici işlər naziri bu ölkə ilə İran və Azərbaycan arasındakı üçtərəfli əməkdaşlığın əhəmiyyətinə təkid edib.
İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov çərşənbə axşamı deyib: Rusiya, İran və Azərbaycan arasındakı üçtərəfli əməkdaşlıqlar birgə mənafe və əlaqələrin qarşılıqlı formada möhkəmləndirilməsinə yönəlik maraqlar üzərində qurulub.
Lavorv əlavə edib: Beynəlxalq şimal-cənub nəqliyyat marşrutunun genişləndirilməsi üçtərəfli əlaqələrin müştərək maraqlarından biridir.
Rusiya xarici işlər naziri Rusiya, İran və Azərbaycan arasındakı üçtərəfli əməkdaşlıqların səbəblərindən birini də hər üç ölkənin Suriya məsələsi ilə bağlı ortaq mövqeyə malik olması adlandırıb: "Hər üç ölkə Suriyada sülh və sabitliyin bərqərar edilməsinin tərəfdarıdır".