Noy 21, 2017 15:16 Asia/Baku

Rusiya və Suriya prezidentləri Suriyada siyasi proseslərin başlanmasını zəruri adlandırıblar.

Yəmənin Əl-Əhd informasiya agentliyinin verdiyi məlumata görə, Kreml Sarayının mətbuat xidməti bir bəyanat yayaraq, Rusiya və Suriya prezidentləri Vladimir Putin və Bəşşar Əsədin Soçidə görüşdüklərini bildirib.

Bu gün baş tutan bu görüşdə Putin Suriya ordusunun terrorizm ilə mübarizədəki uğurlarına görə Bəşşar Əsədi təbrik edib və deyib: Rusiya Suriya böhranının həll edilməsi üçün İraq, Amerika, Misir, Ərəbistan və İordaniya ilə davamlı olaraq məsləhətləşmələr aparır.

Putin həmçinin deyib: Astana müzakirələri Suriyada müxalifətdə olan qüvvələr ilə geniş müzakirələrii mümkün edib.

Suriya prezidenti Bəşşar Əsəd də bu görüşdə terrorizm ilə mübarizədə Suriyaya hərbi və siyasi dəstək verdiyi üçün Rusiyaya təşəkkür edib və deyib: Suriya digər ölkələrin suriyalı qruplar arasındakı müzakirələrə müdaxilə etməmələrinin təmin edilməsi üçün Rusiyanın dəstəyinə ehtiyaclıdır.

Teqlər