BMT Nigeriyada törədilən terror aktını qınadı
https://azeri.sahartv.ir/news/dünya-i287109-bmt_nigeriyada_törədilən_terror_aktını_qınadı
BMT-nin baş katibi Nigeriyada bir məscidə edilən terror hücumu zamanı onlarla nəfərin ölməsi və yaralanmasını qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2017 10:37 Asia/Baku
  • BMT Nigeriyada törədilən terror aktını qınadı
    BMT Nigeriyada törədilən terror aktını qınadı

BMT-nin baş katibi Nigeriyada bir məscidə edilən terror hücumu zamanı onlarla nəfərin ölməsi və yaralanmasını qınayıb.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş bu hücumda yaxınlarını itirən ailələrə, Nigeriya dövlətinə və xalqına başsağlığı verib və yaralıların tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edib. 

Quterreş həmçinin, terrorizm ilə ciddi mübarizənin aparılması və bu cinayəti törədənlərin həbs edilərək, cəzalandırılmasını istəyib. 

Çərşənbə axşamı səhər vaxtı Nigeriyanın Mubi şəhərində bir məsciddə törədilən terror aktında 50 mülki həlak olub. 

Boko Haram terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürüb. 

2014-cü ildə Mubi şəhərinin Boko Haram terror qruplaşmasının işğalından azad edilməsindən bəri bu ilk dəfədir ki, Mubi şəhərində belə bir terror aktı törədilir.