Putin: İran və Türkiyənin rolu olmadan Suriyada müharibə dayanmazdı
-
Putin: İran və Türkiyənin rolu olmadan Suriyada müharibə dayanmazdı
Rusiya Federasiyası prezidenti Vladimir Putin Soçidə üçtərəfli iclasda deyib: İran və Türkiyənin rolu olmadan Suriyada müharibə dayanmazdı.
Rusiya prezidenti bildirib: Suriya xalqı öz gələcəyini müəyyənləşdirməlidir və bu proses Suriya hökumətinin imkanlar yaratmasına da ehtiyaclıdır. Suriyada böhranın dinc yolla həlli razılaşma və münaqişədə iştirak edən bütün tərəflər, o cümlədən Suriya hökumətinin güzəştlərinə ehtiyaclıdır.
Putin Soçidəki danışıqların faydalı olacağına və razılaşmaların Suriyanın bütövlüyünün güclənməsinə kömək edəcəyinə əminliyini ifadə edib.
Rusiya prezidentinin sözlərinə görə, Rusiya, İran və Türkiyə arasında üçtərəfli iclas Suriyada müsbət dəyişikliklərin gücləndirilməsi məqsədilə keçirilir.
Vladimir Putin deyib: Suriyada terrorçular əleyhinə irimiqyaslı hərbi əməliyyat sona çatmaqdadır.
O əlavə edib: Suriyada siyasi həll yolunun rəsmi cəhəti Cenevrə prosesi çərçivəsingə gücləndirilməlidir.
Putin deyib: Suriyanın parçalanmasının qarşısını ala bildik və bir neçə ildir davam edən bu müharibəyə son qoymaq üçün real fürsət yarandı.