Ruhinca didərginləri Myanmada müvəqqəti düşərgələrdə yerləşdirilir
Banqladeş bildirib: Banqladeş ilə Myanma arasında əldə olunmuş son razılaşmaya əsasən öz ölkələrinə qaytarılan Ruhinca müsəlmanları ilk öncə müvəqqəti düşərgələrdə məskunlaşdırılmalıdırlar.
İRİB-in verdiyi məlumata görə, Banqladeşin xarici işlər naziri A.H Mahmudəli Myanmanın müsəlman sakinli kəndlərinin əksəriyyətinin ordu tərəfindən məhv edildiyini bildirərək deyib: Məhz buna görə də ilk öncə Ruhinca müsəlmanları müvəqqəti düşərgələrdə məskunlaşmalı və məhdud zaman üçün nəzərdə tutulmuş şərait yaradılmalıdır.
Myanma və Banqladeş, Papa Fransisin Myanmaya səfəri ərəfəsində cümə axşamı günü didərginlərin qaytarılması barədə anlaşılmaz mətnli bir razılaşma imzaladılar.
Bu gün Dakada yayılan bu razılaşmaya görə, Myanma Raxin vilayətinin şimalında vəziyyəti adiləşdirməlidir və Myanmanı tərk etmək məcburiyyətində qalanların öz evlərinə qayıtmalarına şərait yaratmalıdır.