Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclası sona çatıb
https://azeri.sahartv.ir/news/dünya-i288387-xəzəryanı_ölkələrin_xarici_işlər_nazirlərinin_iclası_sona_çatıb
Rusiya xarici işlər naziri Xəzəryanı 5 ölkənin xarici işlər nazirlərinin iclasının sonunda bildirib: Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın bütün açar məsələlərinin həll yolu əldə olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 07:04 Asia/Baku
  • Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclası sona çatıb

Rusiya xarici işlər naziri Xəzəryanı 5 ölkənin xarici işlər nazirlərinin iclasının sonunda bildirib: Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın bütün açar məsələlərinin həll yolu əldə olunub.

İRİB-in məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı günü Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasının sonunda mətbuat konfransında deyib: Bu iclas konvensiyanın ilkin mətnini tam araşdırmaqla Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısına təqdim etmək üçün konvensiyanın məntnini hazırlayıb və bəzi texniki məsələlərdə kiçik məsələlər qalmışdır. 

Lavrov ümidvarlıq edib ki, 2018-ci ilin ilk yarısında Qazaxıstanın Astana şəhərində keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısında Xəzər dənizinin hüquqi rejimi 20 il müzakirədən sonra müəyyənləşəcək. 

Xəzəryanı 5 ölkənin xarici işlər nazirlərinin 7-ci iclası İran, Azərbaycan Respublikası, Qazaxıstan, Türkmənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə  Moskvada keçirilib.

Bu iclasın əsas mövzusu Xəzər dənizinin hüquqi rejiminin konvensiyasının tənzimlənməsi olub.