Dek 07, 2017 01:04 Asia/Baku
  • Kanada ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı çıxdı

Kanada Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı çıxıb.

Əl-Minar xəbər televiziyasının məlumatına görə, Kanada Xarici İşlər Nazirliyi bildirib: Bu ölkə Beytül-Müqəddəsi sionist rejimin paytaxtı olaraq rəsmən tanımayacaq. 

Kanada XİN əlavə edib: Səfirliyini heç vaxt Tələvivdən Beytül-Müqəddəsə köçürməyəcək. 

Kanada Xarici İşlər Nazirliyinin mətbuat katibi Adam Oustin deyib: Kanada Yaxın Şərqdə davamlı və əhatəli sülh, o cümlədən Fələstin dövlətinin təşkil olunmasına tam sadiqdir. 

Beynəlxalq ictimaiyyət, o cümlədən Ağ Evin bir çox avropalı və ərəb müttəfiqi Trampın bu qərarına qarşı çıxıb. 

Teqlər