Putin 2018-ci il prezident seçkilərində iştirak edəcəyini açıqladı
Dek 07, 2017 17:20 Asia/Baku
Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı öz namizədliyini rəsmən elan edib.
Beləliklə Putin İosif Stalin dövründən bəri Rusiyanın ən uzun müddətli prezidenti olmuş olacaq. Putin Nijnıy Novqorod şəhərində "Qaz" şirkətinin işçiləri ilə görüşdə deyib: Mən gələn prezident seçkilərində iştirak edəcəyəm.
Putin ilk dəfə Boris Yeltsindən sonra Rusiya prezidenti oldu. 2008-ci ildə prezidentlik dövrünün başa çatması ilə öz yerini Dmitri Medvedyevə güzəştə gedərək, baş nazirlik vəzifəsinə yiyələndi. Növbəti prezident seçkilərində isə yenidən namizədliyini irəli sürdü və 2012-ci ildə yenidən Rusiya prezidenti oldu.