Braziliyada Fələstin xalqı ilə həmrəylik
https://azeri.sahartv.ir/news/dünya-i288615-braziliyada_fələstin_xalqı_ilə_həmrəylik
Braziliyada Fələstin xalqı ilə həmrəylik beynəlxalq günü toplantısının iştirakçıları ABŞ hökumətinin öz səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürməsi və bu şəhəri sionist rejimin paytaxtı olaraq rəsmən tanıması ilə bağlı qərarını pisləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2017 07:07 Asia/Baku
  • Braziliyada Fələstin xalqı ilə həmrəylik

Braziliyada Fələstin xalqı ilə həmrəylik beynəlxalq günü toplantısının iştirakçıları ABŞ hökumətinin öz səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürməsi və bu şəhəri sionist rejimin paytaxtı olaraq rəsmən tanıması ilə bağlı qərarını pisləyiblər.

İRİB-in məlumatına görə, Braziliyada parlament deputatları, partiya nümayəndələri, ictimai təşkilatların üzvləri və insan haqları fəalları, bu ölkədəki xarici ölkələrin səfirləri və diplomatları paytaxt Braziliyada Fələstin Xalqı ilə Həmrəylik Beynəlxalq Günü toplantısında ABŞ prezidenti Donald Trampın Qüds əleyhinə qərarına öz etirazlarını bildiriblər. 

Onlar bildirib: Tramp ABŞ xalqı adına Yaxın Şərqdə gərginlik və qarşıdurma odunu alovlandıra bilməz. 

Bu toplantının iştirakçıları öz hakimiyyət hüququnu əldə etmək istiqamətində Fələstin xalqının səyləri rəğbətlə qarşılanıb və təklif ediblər ki, Braizliya parlamenti Trampın qərarına qarşı bir layihə hazırlayaraq təsdiqləsin.