Trampın proteksionizm funksiyası haqda xəbərdarlıq
Ümumdünya Ticarət Təşkilatının baş direktoru xəbərdarlıq edib ki, dünyada proteksionizm beynəlxalq ticarət sistemini hədələyir.
Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Roberto Azevedo bazar günü Argentina paytaxtı Buenos-Ayresdə Dünya Ticarətinə üzv ölkələrin nazirlərinin icası ərəfəsində keçirdiyi mətbuat konfransında deyib: Proteksionizm təhdidləri hələ də öz qüvvəsindədir və bəziləri səhvən düşünür ki, dünya ticarəti daxili bazarın destabilliyinin səbəbkarıdır.
Azevedo bildirib: Buenos-Ayres iclasında ABŞ hökumətindən daxili proteksionizmdən çəkinməklə Ümumdünya Ticarət Təşkilatı və onun üzvləri qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istənilməsi gözlənilir.
Ümumdünya Ticarət Təşkilatının 11-ci konfransı bu gün bazar ertəsi günündən 11 dekabra qədər Argentina paytaxtı Buenos-Ayresdə bu təşkilata üzv 164 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilir.
ABŞ prezidenti Donald Tramp daxili ticarət və istehsala dəstək adı altında Ümumdünya Ticarət Təşkilatının siyasətlərinə qarşı çıxır.