Rusiya prezidenti Trampın Qüdsə qarşı qərarı barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i289079-rusiya_prezidenti_trampın_qüdsə_qarşı_qərarı_barədə_xəbərdarlıq_edib
Rusiya prezidenti bir daha ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı tanıması barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2017 10:17 Asia/Baku
  • Rusiya prezidenti Trampın Qüdsə qarşı qərarı barədə xəbərdarlıq edib
    Rusiya prezidenti Trampın Qüdsə qarşı qərarı barədə xəbərdarlıq edib

Rusiya prezidenti bir daha ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı tanıması barədə xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, Kremlin mətbuat xidməti bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Qüds barədə qərarını destabillik amili hesab edir. 

Putin deyib: ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı tanıması və Amerika səfirliyinin bu şəhərə köçürülməsi qərarı nəinki Yaxın şərq probleminin həllinə kömək etməyəcək hətta əksinə kifayət qədər mürəkkəb olan bu regindakı vəziyyəti daha da destabilləşdirəcək. 

Rusiya prezidenti deyib: Bu qərar İsrail və Fələstin münaqişəsinin həlli prespektivini məhv edə bilər.