Dek 12, 2017 17:32 Asia/Baku
  • Rusiyada terror aktının qarşısı alınıb
    Rusiyada terror aktının qarşısı alınıb

Rusiyanın milli anti-terror komitəsi bir terror aktının qarşısının alınmasından xəbər verib.

Spotnikin verdiyi məlumata görə, Rusiya Federasiyası Təhlükəsizlik Təşkilatının sədri və anti-terror komitənin başçısı Aleksandr Bortnikov deyib: Rusiya Federal Təhlükəsizlik Təşkilatının qüvvələri prezident seçkiləri kampaniyası zamanı terror əməliyyatı planlaşdıran bir təxribatçı qrupu müəyyənləşdirərək məhv edib. 

Terrorçu qrup Orta Asiya ölkələrindən birinin vətəndaşlarından ibarət olublar və dünən Moskva vilayətinin bölgələrindən birində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıblar. 

Həmin şəxslərin evlərindən partlayıcı maddə və odlu silah-sursat aşkar edilib. Federal Təhlükəsizlik Təşkilatı bu qrupa aid olan partlayıcı maddələr istehsalı mərkəzini də müəyyənləşdirib. 

Rusiyada növbəti prezident seçkiləri kampaniyasına hələ start verilməyib. 

Teqlər