Dek 14, 2017 16:25 Asia/Baku
  • Nigeriya müsəlmanları əleyhinə zorakılıq pislənildi
    Nigeriya müsəlmanları əleyhinə zorakılıq pislənildi

Nigeriyada etirazçılar İslam Hərəkatı liderinin həbsinin ikinci ilində bu ölkədə din alimləri əleyhinə zorakılıqların davam etməsini qınayıblar.

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin qeyri-qanuni həbsi və işgəncə olunmasının ikinci ildönümündə, bu ölkədə etirazçılar müsəlmanlar və din alimləri əleyhinə zorakılıqların davam etməsini pisləyiblər.

Etirazçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək Şeyx Zəkzakinin dərhal azad edilməsini vurğulayıb və Nigeriyaya hakim rejimdəki korrupsiya hallarını pisləyiblər. Bu etirazlarla yanaşı Şeyx Zəkzakinin tərəfdarları virtual aləmdə Twitter tufanı yaradaraq Nigeriya İslam Hərəkatı liderinin azad olunmasını tələb ediblər.

Bu etiraz aksiyası natiqlərinin sözlərinə görə, Şeyx Zəkzaki Nigeriyada korrupsiyanın həmişəlik tənqidçisi, eləcə də məhrumlar, azadlıqsevərlər və ədalətsevərlərin daimi yardımçısı olmuşdur. Elə buna görə, dəhşətli hücumlara məruz qalmışdır.

2015-ci il dekabr ayında Nigeriya rejimi Zaria bölgəsində çoxlu sayda müsəlmanı qırğın və Şeyx Zəkzaki və onun ətrafındakılardan bir çoxlunu da həbs etdi.

İnsan haqlarını müdafiə dairələri bildiriblər ki, Nigeriya rejimi iki il öncə təxminən min müsəlmanı faciəvi şəkildə qətlə yetirib və onların cəsədlərini kütləvi məzarlıqda basdırıb. İnsan haqlarını müdafiə dairələri bu cinayətin səbəbkarlarının mühakimə olunması və cəzalandırılmasını tələb edirlər.

İslam İnsan Haqları Komissiyasının sədri etirazçılar qarşısında nüfuzlu Nigeriya ruhanisi Şeyx İbrahim Zəkzaki və onun tərəfdarlarının həbsi və işgəncəsinin davam etməsini qınayıb və onun dərhal azad edilməsini istəyib.

Teqlər