Putinin proqramı: Rusiyanın iqtisadiyyatı yenilənəcək
Rusiya prezidenti illik mətbuat konfransında bildirib: Bir daha prezident seçilərsə, ölkə iqtisadiyyatının yenilənməsi ardınca olacaq.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü deyib: 2018-ci il prezident seçkilərində müstəqil namizəd kimi iştirak edəcək və bu seçkilərdə siyasi partiyadan daha çox dəstəklənəcəyinə ümid edir.
Rusiya prezidentinin sözlərinə görə, ölkənin siyasi quruluşunda rəqabət səviyyəsi daha güclü olmalıdır. Lakin müxalifətin onunla rəqabət aparması üçün güclü namizədi yoxdur.
Putin əlavə edib: Rusiyanın gələcək üçün hədəfi olmalıdır. Öz iqtisadiyyatında dirçəlişə şərait yaratmaqla yararlılığını artırlmalıdır.
Rusiya prezidenti bildirib: Moskva Vaşinqtonal silah rəqabəti ardınca deyil.
İndiyə qədər aparılan rəy sorğularına görə, Putinə rəğbət 80%-dən çoxdur. Belə bir şəratidə, o 18 mart 2018-ci il prezident seçkilərində asanlıqla qalib gələcək.