Rusiya müstəqil Fələstin ölkəsinin təşkil edilməsini dəstəklədiyini bildirdi
https://azeri.sahartv.ir/news/dünya-i289327-rusiya_müstəqil_fələstin_ölkəsinin_təşkil_edilməsini_dəstəklədiyini_bildirdi
Rusiya xarici işlər nazirinin müavini Fələstin Özünüidarə Hökumətinin başçısı ilə görüşdə Moskvanın müstəqil Fələstin ölkəsinin təşkil edilməsini dəstəklədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2017 06:47 Asia/Baku
  • Rusiya müstəqil Fələstin ölkəsinin təşkil edilməsini dəstəklədiyini bildirdi
    Rusiya müstəqil Fələstin ölkəsinin təşkil edilməsini dəstəklədiyini bildirdi

Rusiya xarici işlər nazirinin müavini Fələstin Özünüidarə Hökumətinin başçısı ilə görüşdə Moskvanın müstəqil Fələstin ölkəsinin təşkil edilməsini dəstəklədiyini bildirib.

İRNA-nın məlumatına görə, Rusiya mediaları cümə axşamı bildiriblər ki, Mixail Boqdanov və Mahmud Abbas İstanbulda, İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitinin kənarında görüşərək, danışıqlar aparıblar. Bu danışıqlarda Boqdanov BMT və Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Moskvanın fələstin xalqının müstəqil Fələstin ölkəsinin yaradılması üzrə qanuni haqqını tanıdığını və dəstəklədiyini bildirib. 

Bu görüşdə Fələstin Özünüidarə Hökumətinin başçısı da Trampın Qüdslə bağlı qərarı qarşısında Fələstini dəstəklədiyi üçün RUsiyaya təşəkkür edib.