Rusiyanın Yəməndəki səfiri: Yəmənə raket gətirilməsi imkansızdır
https://azeri.sahartv.ir/news/dünya-i289337-rusiyanın_yəməndəki_səfiri_yəmənə_raket_gətirilməsi_imkansızdır
Rusiyanın Yəməndəki səfiri ABŞ-ın İrana qarşı son ittihamlarına və Vaşinqtonun Tehranın yəmənli qüvvələrə raket verməsi ilə bağlı iddialarına şübhə ilə yanaşıb və deyib: Yəmənin bütün giriş nöqtələrinin Ərəbistan və başçılıq etdiyi koalisiya qüvvələrinin nəzarəti altında olmasına görə, bu qüvvələrin nəzarətindən kənar Yəmənə raket gətirilməsi qeyri-mümkündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2017 07:50 Asia/Baku
  • Rusiyanın Yəməndəki səfiri: Yəmənə raket gətirilməsi imkansızdır
    Rusiyanın Yəməndəki səfiri: Yəmənə raket gətirilməsi imkansızdır

Rusiyanın Yəməndəki səfiri ABŞ-ın İrana qarşı son ittihamlarına və Vaşinqtonun Tehranın yəmənli qüvvələrə raket verməsi ilə bağlı iddialarına şübhə ilə yanaşıb və deyib: Yəmənin bütün giriş nöqtələrinin Ərəbistan və başçılıq etdiyi koalisiya qüvvələrinin nəzarəti altında olmasına görə, bu qüvvələrin nəzarətindən kənar Yəmənə raket gətirilməsi qeyri-mümkündür.

Rusiya Əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, Rusiyanın Yəməndəki səfiri Vladimir Dedoshkin cümə axşamı ABŞ və Britaniyanın casusluq peyklərinin Yəmənə qarşı savaşda Ərəbistanın başçılıq etdiyi koalisiyaya informasiya dəstəyi verməsinə işarə edərək, deyib: Xaricdən qaçaq yolla Yəmənə raket gətirilməsi imkansızdır. 

Deduşkin əlavə edib: Əgər Yəmənli qüvvələrin isitfadə etdikləri raketlər idxal edilmiş raketlərdirsə, Yəmənin raket anbarları ötən iki ildə davam edən müharibə dövründə boşalmalı idi və koalisiya qüvvələrinin xəbəri olmadan bu miqdarda raketi mərhələli şəkildə və davamlı olaraq ölkəyə gətirmək qeyri-mümkündür. 

Rusiyanın Yəməndəki səfiri Yəmənə qarşı müharibənin dərhal dayandırılmalı olduğunu deyərək, əlavə edib: yəmənlilərin bacarığı və qüdrəti əhəmiyyətsiz qəbul edilməməlidir.