Pentaqon Suriyada terrorçulara təlim proqramı icra edir
-
Pentaqon Suriyada terrorçulara təlim proqramı icra edir
Rusiya Müdafiə Nazirliyi bildirib: ABŞ Müdafiə Nazirliyi Pentaqonun Suriyada terrorçuların təlimi və dəstəklənməsində rolu vardır.
İRNA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi şənbə günü bildirib: Amerikalı hərbi təlimçilər Suriyada silahlı terrorçu qruplara təlimlər keçirlər.
Bu bəyanatda bildirilib: Pentaqon 6 ay öncədən Suriyanın Həsəkə vilayətində terrorçu qrupların təlimi və dəstəklənməsinə başlanıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib: Bu təlim düşərgələrində təxminən 800 terrorçu təlim keçib və Suriyanın cənub bölgələrinə ezam olunublar.
Rusiya prezidenti Vladimir Putin də ABŞ-ın terror qruplarından istifadə etməsi haqda deyib: ABŞ qüvvələri Suriyada dəfələrlə terrorçularla mübarizədən çəkiniblər və amerikalı hərbçilərin hərəkətləri nəticəsində terrorçular ölümdən xilas olublar.
Rusiya dəfələrlə ABŞ-ı öz məqsədlərini irəlilətmək üçün Suriyada terror qruplarını dəstəkləməsini tənqid edib.
ABŞ və bu ölkənin qərbli və ərəb şərikləri İŞİD terror qruplaşmasnın maliyyə və silah dəstəkçiləri hesab olunurlar.