İtaliyada miqrantlara dəstək yürüşü
Minlərlə miqrant, tələbə, onlarla müxtəlif birliklər və ictimai təşkilatların üzvləri İtaliya paytaxtı Roma şəhərinin mərkəzi küçələrində miqrantlara dəstək yürüşü keçirib.
İRNA-nın məlumatına görə, miqrantlar bu yürüşdə sərt iqtisadi qəanət siyasətləri nəticəsində görməməzliyə vurulan yaşama izni, mənzil, iş, hüquq və azadlıqları tələb ediblər.
Yürüş iştirakçıları Sərhədsiz Hüquq devizi ilə Afrikadan miqrant axınını dayandırmaq üçün İtaliyanın Liviya ilə anlaşmasını tənqid ediblər.
Beynəlxalq Amnistiya Təşkilatı yenilərdə Avropa dövlətləri, xüsusilə də İtaliyanı miqrantların işgəncəsi üçün Liviya hökuməti ilə əlbir olmaqda suçlayıb.
Bəzi Kütləvi İnformasiya Vasitələri son vaxtlar Liviyada afrikalı miqrantların 400 dollara qul kimi satıldığını bildiriblər. Bu məsələ region ölkələri, həmçinin regional və beynəlxalq təşkilatların sərt reaksiyasına səbəb olub.
Avropa Birliyi bir müddət öncə Liviyadan istəmişdi ki, maliyyə yardımları alması qarşılığında afrikalı miqrantların Avropa ölkələrinə axınına mane olsun.