Britaniyadan Rusiyaya kibernetik hücum ittihamı
-
Britaniyadan Rusiyaya kibernetik hücum ittihamı
Britaniya bir daha Rusiyanı bu ölkəni və digər Avropa ölkələrini zəiflətmək üçün kibernetik hücumlarda ittiham edib.
Röytersin verdiyi məlumata görə, Britaniya Milli Təhlükəsizlik üzrə müşaviri Mark Sedvil dünən iddia edib ki, Rusiya gün-gündən artan təhlükədir və Moskva Britaniya və digər Avropa ölkələrinə qarşı kibernetik hücumlardan və təbliğatlardan istifadə etməyə meyillidir.
Sedvil deyib: Rusiya Britaniya və digər qərb ölkələrində demokratiyanı zəiflətmək və ixtilaf salmağa cəhd göstərir.
Bu britaniyalı rəsmi Rusiyanı Fransadakı son seçkilərdə müdaxilədə də ittiham edib və deyib: Rusiya bu seçkilərin nəticələrini dəyişmək şansı əldə edə bilmədi.
Rusiya bu ölkənin Avropa ölkələrinin daxili işlərinə müdaxilə barədə iddiaları dəfələrlə rədd etmişdir.