Dek 20, 2017 16:25 Asia/Baku
  • Ruhinqa müsəlmanlarının qırğını öncədən planlaşdırılıb

Human Rights Watch təşkilatı bir hesabatda bildirib ki, Myanmanın qərbindəki müsəlman sakinli kəndlərdə həyata keçirilmiş bəzi qırğınlar ordunun və bu məntəqələrin buddist sakinlərinin həmkarlığı ilə həyata keçirilibdir.

Bu qeyri-hökumət təşkilatı Ruhinqa müsəlmanlarının qırğın edilməsi əməliyyatlarından xilas olmuş onlarla nəfərin şəhadətinə istinad edərək, təhlükəsizlik qüvvələrinin nə cür çayların birinin sahilində bu müsəlmanları mühasirə edərək, sonradan qadın və uşaqları zorladıqlarını və kişilərlə yanaşı öldürdüklərini şərh edibdir.

Human Rights Watch təşkilatının Asiya regionundakı direktoru Brad Adams deyib ki, Myanma ordusunun cinayətləri nəinki vəhşicəsinə, həm də mütəşəkkil olubdur.

O, əlavə edib: Myanma hərbçiləri öncədən planlaşdırma aparılmadan həyata keçirilə bilinməyən misilsiz vəhşiliklər zamanı Ruhinqa əhalisindən yüzlərlə nəfəri öldürüb və zorlayıblar.

Adams deyib: BMT və dövlətlər bu vəhşiliklərin məsullarını məsuliyyətə cəlb etməlidirlər.

BMT də Ruhinqa əhalisinə qarşı hərəkətləri soyqırımı adlandırıbdır.

Teqlər