Rusiya İran və Türkiyə ilə ittifaq istəyi ilə çıxış edib
https://azeri.sahartv.ir/news/dünya-i289853-rusiya_İran_və_türkiyə_ilə_ittifaq_istəyi_ilə_çıxış_edib
Rusiyanın xarici işlər naziri İran-Rusiya-Türkiyə üçbucağının Suriya məsələlərinin həllindəki uğuruna əsasən, üç ölkənin beynəlxalq məsələlər və münaqişələrin həlli səviyyəsində birliyi təklifini irəli sürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2017 15:59 Asia/Baku
  • Rusiya İran və Türkiyə ilə ittifaq istəyi ilə çıxış edib

Rusiyanın xarici işlər naziri İran-Rusiya-Türkiyə üçbucağının Suriya məsələlərinin həllindəki uğuruna əsasən, üç ölkənin beynəlxalq məsələlər və münaqişələrin həlli səviyyəsində birliyi təklifini irəli sürüb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya federasiya şurasında bildirib ki, üç ölkə arasında birgə maliyyə, energetika və iqtisadi maraqlar mövcuddur və onlar ABŞ tərəfindən nəzarət olunan müasir dünyanın maliyyə-valyuta sistemindən asılı olmaq istəmirlər.

Rusiyanın xarici işlər naziri əlavə edib: Terrorçuların yatırılması və Astana müzakirələri prosesi çərçivəsində gərginliyin azaldılması məntəqələrinin kəsərliliyi BMT Təhlükəsizlik Şurasının 2245 saylı qətnaməsinə əsasən, Suriya böhranının siyasi həllinin sonrakı mərhələsinə keçmək istiqamətində lazımi zəminlər yaradır.

Lavrov deyib: Rusiya, İran və Türkiyə arasındakı müştərək maraqlar, Astana prosesi çərçivəsində təsirli izləmə fəaliyyətini təmin edir. Bu istiqamətdə tarixdə ilk dəfə olaraq, bu üç ölkə Soçi iclasını keçirib və bu iclasda Suriya milli dialoq konfransının keçirilməsi təşəbbüsü təklif olunub.

Noyabrın 22-də keçirilmiş İran-Rusiya-Türkiyə üçtərəfli sammiti Astana Suriya müzakirələri prosesi və nəticələrinin, eləcə də Rusiyanın Soçi şəhərində Suriyada daxili siyasi proseslərin başlanmasının araşdırılması məqsədilə təşkil olunub. 

Bu iclasda Suriyada İŞİD terror qrupu ilə mübarizədəki uğurlar istiqamətində bu ölkədə durumun uzunmüddətli sabitliyi üçün gələcək addımlar araşdırılıb.