Çeçenistan prezidenti: Amerika insan haqlarının ən mühüm pozucusudur
https://azeri.sahartv.ir/news/dünya-i289879-Çeçenistan_prezidenti_amerika_insan_haqlarının_ən_mühüm_pozucusudur
Çeçenistan prezidenti Ramazan Kadırov özü daxil olmaqla beş Rusiya vətəndaşının ABŞ tərəfindən boykot edilməsinə reaksiyada deyib: Amerika insan haqlarının əsas pozucusu kimi bu barədə fikir bildirmək səlahiyyətinə malik deyildir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2017 06:43 Asia/Baku
  • Ramazan Kadırov
    Ramazan Kadırov

Çeçenistan prezidenti Ramazan Kadırov özü daxil olmaqla beş Rusiya vətəndaşının ABŞ tərəfindən boykot edilməsinə reaksiyada deyib: Amerika insan haqlarının əsas pozucusu kimi bu barədə fikir bildirmək səlahiyyətinə malik deyildir.

Çeçenistan prezidenti dünən deyib: Amerika iddia edir ki, Çeçenistan Respublikası daxil olmaqla bir çox məntəqələrdə insan haqları pozulubdur. Amma nəinki bu iddia gerçək deyildir, əksinə ən çox insan haqları pozuntusu məhz Amerikada baş verir.

Kadırov deyib: Amerika tərəfindən boykot edildikdən sonra özümü böyük bir insan hiss edirəm və əminəm ki, bu məsələnin səbəbi, mənim və çeçen xalqının terrorçulara qarşı mübarizələrimizdir.

Amerika son zamanlar Maqnitski qanununa əsasən, Kadırovu və beş Rusiya vətəndaşını sanksiyalar siyahısına salıbdır.