Astanada üçtərəfli iclas
https://azeri.sahartv.ir/news/dünya-i289899-astanada_üçtərəfli_iclas
Suriyada atəşkəsə zamin ölkələrin üçtərəfli iclası İran, Türkiyə və Rusiya nümayəndələrinin iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2017 14:46 Asia/Baku
  • Astanada üçtərəfli iclas
    Astanada üçtərəfli iclas

Suriyada atəşkəsə zamin ölkələrin üçtərəfli iclası İran, Türkiyə və Rusiya nümayəndələrinin iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada keçirilib.

Suriya böhranının həlli üzrə Astana müzakirələrinin səkkizinci dövründə İran heyətinə başçılıq edən İranın baş müzakirəçisi və xarici işlər nazirinin müavini Hüseyn Caberi Ənsari bu gün axşam Suriya, Rusiya və Türkiyə heyətlərilə ikitərəfli iclaslardan sonra Suriyada atəşkəsə zamin ölkələrin üçtərəfli iclasında iştirak edib.

Suriya böhranının həlli üzrə 8-ci Astana müzakirələri bu gün fəaliyyə başlayıb.

Astana müzakirələrinin bu dövründə, keçirilməsi, atəşə zamin üç ölkənin prezidentlərinin Rusiyanın Soçi şəhərində keçirilmiş iclasında qəbul olunmuş Suriya milli dialoq konfransına hazırlıqdan əlavə, səy ediləcək ki, öncəki dövrlərdən qalmış iki sənəd qəbul edilmiş olunsun. Həmin sənədlər Suriyanın qorunan mədəni irs məntəqələrinin minadan təmizlənməsi, eləcə də həbs edilmiş və oğurlanmış şəxslərin mübadiləsi barədədir.

İran İslam Respublikası Astana prosesi boyunca bu sənədlərin qəbulu yolunda mövcud olan maneələri aradan qaldırmağa çalışıb.

Astana müzakirələri İranın təşəbbüsü, eləcə də Rusiya və Türkiyənin həmkarlığı və Suriyada sülhün bərqərarı hədəfi ilə keçirilibdir.

Suriyada böhran 2011-ci ildən, Ərəbistan, ABŞ və onların müttəfiqləri tərəfindən dəstəklənən terror qruplarının geniş hücumları ilə başlanıbdır.

Suriya ordusu son zamanlar Rusiyanın dəstəyi və İranın məsləhət yardımları ilə İŞİD-in işinə xitam verə bilibdir.