Suriyalı müxaliflər Cenevrə danışıqlarını qəsdən pozdular
https://azeri.sahartv.ir/news/dünya-i289991-suriyalı_müxaliflər_cenevrə_danışıqlarını_qəsdən_pozdular
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Suriya hökuməti ilə müxalif olanların Cenevrə sülh müzakirələrini qəsdən pozduqlarını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2017 10:27 Asia/Baku
  • Mariya Zaxarova
    Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Suriya hökuməti ilə müxalif olanların Cenevrə sülh müzakirələrini qəsdən pozduqlarını deyib.

Röyters-in məlumatına görə, Mariya Zaxarova cümə axşamı deyib: Rusiya ABŞ-ın bu ölkəyə qarşı sanksiyalarını artırmasını cavabsız qoymayacaq. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Vaşinqtonun Moskvanı silahlanma anlaşmasını pozmaqda ittiham etməsi tam əsassız bir hərəkətdir. ABŞ bu məsələdə heç bir fakta söykənmədən, ehtimallar üzərindən danışır. 

Zaxarova həmçinin deyib: Suriyalı müxaliflər Cenevrə sülh danışıqlarını qəsdən pozdular. Məqsəd, Soçi danışıqlarına hazırlıqlara maneə yaratmaqdır. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Ukraynaya silah verməsi barədə də deyib: Vaşinqton Ukraynaya silah göndərməklə Kiyevi Donbasda qan axıtmağa təhrik edir. Amerika bu hərəkəti ilə ukraynalı millətçilərin cinayətlərinə şərik olur.