Putin: Rusiya etimad əsasında dünya ilə əməkdaşlığa hazırdır
-
Putin: Rusiya etimad əsasında dünya ilə əməkdaşlığa hazırdır
Rusiya Federasiyası prezidenti dünya ilə şərtli əməkdaşlığı vurğulayıb.
RİA Novosti-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin şənbə günü Rusiyaya hakim partiya "Vahid Rusiya" partiyasının iclasında deyib: Moskva bütün ölkələrlə əməkdaşlığa hazırdır. Lakin öz milli mənafeyini qurban verməyəcək.
Vladimir Putin bildirib: Rusiya etimad və bərabərlik prinsipi əsasında qərb və şərqlə əməkdaşlığa hazırdır. Lakin öz vətəndaşlarının təhlükəsizliyi və milli mənafeyini qurban verməyəcək.
Rusiya prezidenti həmçinin deyib: Rusiya heç bir ölkə ilə qarşılaşmaq niyyətində deyil.
Rusiya prezident seçkiləri 2018-ci il 18 martda keçiriləcək.
Rusiya prezidenti Vladimir Putin dördüncü dəfə namizədliyini irəli sürüb və seçkilərin birinci favoriti sayılır.