Moskva: ABŞ-ın sanksiyaları cavabsız qalmayacaq
Rusiya Xarici İşlər Nazirliyi bildirib: ABŞ-ın Rusiya əleyhinə sanksiyaları cavabsız qalmayacaq.
İRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın Moskva əleyhinə yeni sanksiyalarının əsassız adlandırıb və onu pisləyib: Rusiya ABŞ-ın sanksiyalarına qarşılıqlı cavab vermək üçün addımların atılmasını öz haqqı hesab edir.
Zaxarova əlavə edib: ABŞ bir neçə Rusiya vətəndaşı, o cümlədən Çeçenistan Muxtar Respublikasının prezidenti Ramazan Kadırova sanksiya tətbiq edib.
Rusiya XİN sözçüsü Rusiya vətəndaşlarına sanksiyaların tətbiq olunması üzrə ABŞ-ın səbəblərini gülünc adlandıraraq deyib: ABŞ indiyə qədər Rusiyanın siyasətçiləri, şirkət direktorları ilə bağlı 402 hüquqi şəxsə və 195 fiziki şəxsə sanksiya tətbiq edib.
Qərb 2014-cü ildən Ukrayna böhranı ilə əlaqədar Rusiya əleyhinə bir neçə saksiya paketi tətbiq edib.