Rusiya ABŞ-ın Ukryanaya silah göndərməsindən hiddətlənib
-
Rusiya ABŞ-ın Ukryanaya silah göndərməsindən hiddətlənib
Trampın Ukraynaya modern ağır texnikanın təhvil verilməsilə razılaşması Amerika ilə Rusiya arasındakı çəkişmələri artırıb.
Rusiya xəbərdarlıq edibdir ki, Trampın bu hərəkəti Ukraynanın şərqində yeni qan hamamı törədəcək. Amerika Norveçdəki əsgərlərinə bildiribdir ki, Rusiya ilə müharibəyə hazırlaşsınlar. İngiltərə də Rusiyanın nüfuzu ilə mübarizə üçün Polşa, Estoniya, Litva və Latviyadakı əsgərlərini Avropanın şərqində yerləşdiribdir.
Rusiya ABŞ prezidentinin digər başağrısı yaradan fərmanından əsəbiləşib. Ağ Evin Ukraynaya modern hərbi silahların təhvil verilməsinə icazə verməsindən sonra Kremlin başçıları bu qərardan son dərəcə əsəbiləşiblər. Onlar Amerikaya xəbərdarlıq ediblər ki, bu addım Ukraynanın şərqində yeni qan hamamı törədəcəkdir... Bir qrup məşhur rus analitik bu televiziya verilişində Trampın həmin qərarının təhlükəli cəhətlərinə işarə edərək, onu Rusiyanı əhatəli bir savaşla məşğul etmək kimi dəyərləndiribdir.
Aleksandr Sitin- Rusiya siyasi və hərbi araşdırmalar mərkəzinin direktoru: Əgər Ukraynaya silah satışı reallaşarsa, Rusiya ilə Ukrayna arasındakı savaş yeni mərhələyə daxil olacaq, Xüusən ona görə ki, ötən bir neçə həftədə bu ölkənin şərqindəki döyüşlər şiddətlənibdir.
Krım yarımadası üstündə Rusiya-Ukrayna əlaqələrində yaranmış gərginlik ən yüksək səviyyədədir və ekspertlər deyirlər ki, Amerika prezidentinin bu qərarı barıt anbarında bir qığılcım ola və regionda geniş qırğın törədə bilər.
Ukrayna məsələləri üzrə ekspert: Ukrayna bu ölkənin şərqində döyüşlərin başlanmasından bəri belə bir qərarı gözləyirdi və indi Trampın Ukraynaya yeni silahların satışı ilə razılaşması regionda geniş qan axıdılmasına səbəb olacaq.
Amerika Ukrayanaya ölümcül silah satmaqla yanaşı, bu ölkə ordusuna hərbi təlimlər keçməyə də başlayıbdır.
Vladimir Putin Rusiya müdafiə komitəsinin illik yığıncağında Amerikanın hərəkətlərini kəskin tərzdə pisləyib və onun dağıdıcı təsirləri barədə xəbərdarlıq edibdir.
Aleksey Feninko- politoloq: Hələ bu qərarın detalları rəsmən açıqlanmayıb, amma Cavlin anti-tank raketlərinin satışı ilə bağlıdır. Ukrayna ordusu döyüşlərin başlanmasından bəri onu istəmişdi.