Dek 28, 2017 19:28 Asia/Baku
  • Argentina prezidentinin layihəsinə qarşı etiraz
    Argentina prezidentinin layihəsinə qarşı etiraz

Argentina prezidentinin iqtisadi islahat layihəsinə qarşı etirazlar davam edir.

Əl-Cəzirə telekanalı bildirib ki, Argentina əkinçiləri paytaxt Buenos Ayresdə parlament qarşısına toplaşaraq öz məhsullarından 20 min kiloqramını ehtiyaclılar arasında paylaşdırıblar. 

Əkinçilər bildiriblər ki, adi insanlar üçün durum ağırdır və bütün ərzaq malları bahalaşıb. 

Ötən həftə də Argentina paytaxtı prezidentin iqtisadi islahat layihəsinə qarşı etirazlar səhnəsinə çevrilmişdi həmin aksiyalarda onlarla adam yaralandı. 

Argentina prezidenti Maurisio Makri ölkədə iqtisadi islahatlara israrlıdır, o bu islahatların ölkəni modernləşdirəcəyini deyir ancaq bu layihəyə qarşı geniş müxalifət var. 

Maurisio Makri iki il öncə hökumətin xərclərini azaltmaq və ölkə iqtisadiyyatını bərpa etmək vədləri ilə Kreşner ailəsinin illər boyu davam edən prezidentliyinə son qoydu və bu kürsüyə keçdi. 

Argentina xalqının qənaətincə dövlət qanunları sadəcə iri şirkətlərin mənafelərini təmin edir. 

Teqlər