Rusiya ABŞ-a xəbərdarlıq edib
-
Rusiya ABŞ-a xəbərdarlıq edib
Rusiya xarici işlər nazirliyi Moskvaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə Amerikaya xəbərdarlıq edib.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: Amerika tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi halda, Moskva cavab addımları atacaqdır.
Zaxarova əlavə edib: Amerika bu həqiqəti dərk etməlidir ki, bütün sahələrdə Rusiya ilə anlaşma onun xeyrinə olacaqdır.
Rusiya xarici işlər nazirliyinin sözçüsü həmçinin ABŞ-ın Rusiyanı açıq səma müqaviləsini pozmaqda ittiham etməsini əsassız adlandırıb və bildirib ki, Moskva 2018-ci il yanvarın birindən Amerikaya cavab üçün yeni tədbirlər görəcəkdir.
Zaxarova söyləyib: Amerika Rusiyanı açıq səma müqaviləsini pozmaqda ittiham etməklə birtərəfli addımlara əl atıbdır ki, Amerikada nəzarətdə olan rus pilotların tapşırıqlarının yerinə yetirilməsində maksimum problemlər yaratmış olsun.