Dek 29, 2017 15:48 Asia/Baku
  • ABŞ-da istefa dalğaları davam edir
    ABŞ-da istefa dalğaları davam edir

Əxlaq pozğunluğunda ittiham olunan və bundan öncə istefaya meylindən söz açmış ABŞ senatorlarından biri nəhayət öz vəzifəsindən kənara çəkilibdir.

ABŞ senatında Minnesota ştatını təmsil edən demokrat senator Al Franken deyib: Mən senatdan istefa verirəm, amma heç vaxt susmayacağıma söz verirəm.

Bu senator bir ay bundan öncə əxlaq pozğunluğunda ittiham olunmuşdu.

Senator Al Franken senatdan istefa verdiyini elan edərkən əlavə edib: Hələ bir çox məsələlər vardır ki, onların barəsində bir-birimizlə əməkdaşlıq etməliyik və iqlim dəyişiklikləri bu qəbildəndir.

Bu senator senata gəlməzdən öncə bir televiziya verilişində komik imiş. 

Əxlaq pozğunluğu ilə bağlı ittihamlar son həftələrdə bir qrup amerikalı siyasətçinin istefa verməsi və ya təqaüdə çıxması ilə nəticələnibdir. Əllidən çox demokrat qadın nümayəndə də ABŞ konqresinin nümayəndələr palatasının nəzarət komitəsindən istəyibdir ki, prezident Trampa qarşı irəli sürülən qeyri-əxlaqi ittihamları araşdırsın.

Teqlər