Berlində fələstinli şəhidlərin xatirəsinə şam yandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i290631-berlində_fələstinli_şəhidlərin_xatirəsinə_şam_yandırılıb
ABŞ prezidentinin Qüdsü saxta İsrail rejiminin paytaxtı elan etməsindən sonra dünyada bu qərara etiraz və təpkilər genişlənməkdədir. Almaniya paytaxtı Berlində müsəlmanlar fələstinli şəhidlərin xatirəsini yad edərək ABŞ-ın bu qərarına etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2017 14:13 Asia/Baku
  • Berlində fələstinli şəhidlərin xatirəsinə şam yandırılıb
    Berlində fələstinli şəhidlərin xatirəsinə şam yandırılıb

ABŞ prezidentinin Qüdsü saxta İsrail rejiminin paytaxtı elan etməsindən sonra dünyada bu qərara etiraz və təpkilər genişlənməkdədir. Almaniya paytaxtı Berlində müsəlmanlar fələstinli şəhidlərin xatirəsini yad edərək ABŞ-ın bu qərarına etiraz ediblər.

Berlində fələstinli şəhidlərin xatirəsinə şamlar yandırıldı. Berlində yaşayan bir qrup müsəlman fələstinli şəhidlərin xatirəsini bir dəqiqəlik sükut və şam yandıraraq yad edib.

Aksiya iştirakçısı deyib: Fələstində hansı hadisələrin baş verməsi ilə bağlı dünyanı oyatmalı və qərbdə ümumi məfkurəni məlumatlandırmalıyıq.

Berlində yaşayan fələstinli deyib: Çünki sionistlər bizim uşaqlarımızı qətlə yetirirlər. Bu böyük dərddir. Övladlarımızı həbsə atırlar. Dünya isə bu cinayətlərin yanından etinasız keçir.

Bu aksiyada da Berlində bir neçənci dəfə olaraq müsəlmanlar öz səfirliyini işğal olunmuş Qüdsə köçürməsinə dair ABŞ-ın qərarına etiraz ediblər.

Başqa bir fələstinli deyib: Hər halda ABŞ bilməlidir ki, Qüds şəhəri fələstinlilərə aiddir. Biz azad Fələstin istəyirik. Və dünyanın hər bir yerində bunu elan edirik. Ölkəmiz məhv olmamalıdır.

Fələstinli şəhidlərin xatirəsinə yandırılan bu şamlar dünya müsəlmanlarının ürəyində müqavimət alovunun heç vaxt sönməyəcəyini əks etdirir.