ABŞ on ölkəyə orta mənzilli raket satacaq
-
ABŞ on ölkəyə orta mənzilli raket satacaq
İki ərəb ölkəsinə şamil olan on ölkə Amerikanın Reyteon şirkətilə dəyəri altı yüz milyon dollardan çox olan orta mənzilli raketlərin satın alınması barədə müqavilə imzalayıb.
Pentaqon dünən bildirib ki, Reyteon şirkətli hava-hava tipli orta mənzilli raketlərin istehsalı və onların digər ölkələrə satışı üçün 634 milyon dollar dəyərində müqavilələr imzalayıb.
ABŞ-ın müdafiə nazirliyi əlavə edib: Bu raketlərin satışı barədə müqavilələr Amerikanın Reyteon şirkətilə Cənubi Koreya, Yaponiya, Mərakeş, Polşa, İndoneziya, Rumıniya, İspaniya, Türkiyə, Bəhreyn və Qətər arasında imzalanıbdır.
Amerikanın Reyteon şirkəti dünyada istiqamətləndirilən raket istehsalı ilə məşğuldur. Bu şirkət 1922-ci ildə yaradılıb və onun qərargahı Masaçusetdə yerləşir. Silah satışı Amerikanın əsas gəlir mənbələrindən biridir.