Dek 31, 2017 16:47 Asia/Baku
  • Lavrov: Hazırkı şəraitdə Rusiya-ABŞ əlaqələrinin yaxşılaşması mümkün deyil
    Lavrov: Hazırkı şəraitdə Rusiya-ABŞ əlaqələrinin yaxşılaşması mümkün deyil

Rusiyanın xarici işlər naziri bildirib ki, Amerika siyasətçilərinin rusofobiya əhval-ruhiyyələrilə Rusiya-ABŞ əlaqələrinin yaxşılaşması mümkün deyildir.

Sergey Lavrov deyib: Amerika ilə müxalif ölkələrlə sanksiyaların tətbiq edilməsi yolu ilə mübarizə qanununun icrası qaçılmaz şəkildə Rusiya-ABŞ əlaqələrinə təsir göstərəcəkdir.

Lavrov söyləyib: Rusiya özünə və vətəndaşlarına qarşı hər cür düşmənçilik hərəkətinə münasib cavab verib və gələcəkdə də bu cür davranacaqdır. Bununla belə, ümid edir ki, Amerika rəsmiləri zaman keçdikcə Rusiyaya qarşı təzyiqin faydasız olduğunu başa düşəcəklər.

Rusiya-Amerika əlaqələri son illərdə Ukrayna münaqişəsi kimi məsələlər üstündə kəskinləşib və Vaşinqton Moskvaya qarşı bir neçə iqtisadi və maliyyə sanksiyası paketini tətbiq edibdir.

Teqlər