Bokoharam-ın hücumlarında beş mindən çox müsəlman şəhid olub
Dek 31, 2017 21:34 Asia/Baku
Nigeriyanın şimal-şərqindəki Adamava əyalətinin müsəlmanlar şurası Bokoharam terror qrupunun hücumlarında beş mindən çox müsəlmanın şəhid olmasından xəbər verib.
Adamava əyalətinin müsəlmanlar şurası bildirib ki, Bokoharam terror qrupunun dörd il bundan qabaqdan bəri həyata keçirdiyi hücumlarda beş min 247 müsəlman şəhid olub və beş min yüz mindən çox müsəlman da yaralanıbdır.
Adamava əyalətinin müsəlmanlar şurası Bokoharam terrorçularının hücumları qurbanlarının daha artıq himayə olunmasını, həmçinin ibadət və təhsil məkanlarının bərpasını istəyərək, Bokoharam terror qrupuna qarşı mübarizə üçün orduya kömək və yerli qrupları müdafiə üçün maliyyə və təhlükəsizlik tədbirlərinin artırılmasını vurğulayıbdır.