ABŞ-ın bütün ərazisi Ş.Koreya raketlərinin hədəfindədir
https://azeri.sahartv.ir/news/dünya-i290885-abŞ_ın_bütün_ərazisi_Ş.koreya_raketlərinin_hədəfindədir
Şimali Koreyanın lideri bu gün yeni milad ilinin başlanması münasibətilə etdiyi televiziya çıxışında bildirib ki, ABŞ-ın bütün ərazisi Şimali Koreya raketlərinin hədəfindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2018 07:55 Asia/Baku
  • ABŞ-ın bütün ərazisi Ş.Koreya raketlərinin hədəfindədir
    ABŞ-ın bütün ərazisi Ş.Koreya raketlərinin hədəfindədir

Şimali Koreyanın lideri bu gün yeni milad ilinin başlanması münasibətilə etdiyi televiziya çıxışında bildirib ki, ABŞ-ın bütün ərazisi Şimali Koreya raketlərinin hədəfindədir.

Kim Çen In iki Koreyanın bir-birilə əlaqələrini yaxşılaşdırmalı olduğunu bəyan edərək, deyib: ABŞ-ın bütün ərazisi nüvə silahlarımızın əhatə dairəsindədir. Nüvə düyməsi isə masamın üzərində. Bu reallıqdır, təhdid deyildir. 

O, qeyd edib ki, Amerika heç vaxt Şimali Koreyaya qarşı müharibəyə başlaya bilməyəcək və ölkəsi ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir. 

Kim Çen In deyib: Şimali Koreya nüvə silahları və raketlərinin irihəcmli istehsalına başlamalıdır.