Yan 02, 2018 20:51 Asia/Baku
  • Britaniya İranın daxili işlərinə müdaxilə edir
    Britaniya İranın daxili işlərinə müdaxilə edir

Britaniyanın İranın daxili işlərinə müdaxilələrinin davamında Britaniya baş nazirinin sözçüsü deyib: İranda etirazçılar ilə əlaqədar məsələlər barədə həqiqi debat olmalıdır.

Röytersin verdiyi məlumata görə, Britaniya baş nazirinin sözçüsü iddia edib ki London İranda etirazçıların səsləndirdikləri məsələlərin müzakirə edilməsini istəyir. 

Britaniya baş nazirinin sözçüsü İrandakı etirazları qanuni adlandıraraq deyib: İranlı rəsmilərdən etirazçılara öz tələblərini bildirmək imkanı vermələrini gözləyirik. 

Britaniyanın XİN dünən də bir bəyanat yayaraq Londonun İranda baş verən hadisələri diqqətdə saxladığını bildirmişdi. Həmin bəyanatda Britaniya XİN İranın daxili işlərinə qarışaraq bildirilmişdir ki, xalq söz azadlığına və qanun çərçivəsində dinc etiraz hüququna malik olmalıdır

Teqlər