Moskva: İran haqda iclasın təşkil olunması üzrə ABŞ-ın təklifi gülüncdür
https://azeri.sahartv.ir/news/dünya-i291089-moskva_İran_haqda_iclasın_təşkil_olunması_üzrə_abŞ_ın_təklifi_gülüncdür
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi BMT Təhlükəsizlik Şurası və İnsan Haqları Komitəsinin İranda iğtişaşlar haqda xüsusi iclas keçirməsi üçün ABŞ-ın təklifini gülünc adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2018 06:36 Asia/Baku
  • Moskva: İran haqda iclasın təşkil olunması üzrə ABŞ-ın təklifi gülüncdür

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi BMT Təhlükəsizlik Şurası və İnsan Haqları Komitəsinin İranda iğtişaşlar haqda xüsusi iclas keçirməsi üçün ABŞ-ın təklifini gülünc adlandırıb.

İRİB-in məlumatına görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova öz Facebook səhifəsində yazıb: Şübhəsiz ABŞ heyətinin söyləmək üçün önəmli mövzuları vardır. 

Zaxarova əlavə edib: Misal üçün ABŞ-ın BMT-dəki səfiri Niki Heili kütləvi həbslər, Wall Street hərəkatını zorla repressiya etmək, Ferquson şəhərini vəhşicəsinə təmizləmək haqda ABŞ-ın təcrübəsini dünyanın diqqətinə çatdıra bilər. 

Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Bu aksiyalardan bəzisi iğtişaşçılar və təxribatçılar tərəfindən iğtişaşa səbəb olub. 

ABŞ, sionist rejim rəsmiləri və əcnəbi Kütləvi İnformasiya Vasitələri bu ictimai aksiyalardan sui-istifadə edərək bu aksiyaları iğtişaş yaratmaq istiqamətinə yönəltməyə çalışıblar.