Polşanın müdafiə və xarici işlər nazirləri vəzifələrindən kənarlaşdırılıblar
Yan 09, 2018 20:41 Asia/Baku
Polşanın baş naziri nazirlər kabinetinin bərpası gedişində bu ölkənin mühafizəkar dövlətinin iki mühüm şəxsiyyəti olan müdafiə və xarici işlər nazirlərini vəzifələrindən kənarlaşdırıbdır.
Bu gün Polşa prezidentinin ofisində keçirilmiş rəsmi mərasimdə Polşanın sabiq daxili işlər naziri müdafiə nazirinin, xarici işlər nazirinin müavini isə xarici işlər nazirinin postlarına yiyələniblər.
Polşa dövlətində islahatlar elə bir halda aparılır ki, bir ay bundan öncə bu ölkənin baş naziri olmuş Mateuş Moravetski Polşa ilə Avropa Komissiyası arasındakı gərgin əlaqələri qaydaya salmaq istəyir və qərar üzrə o, bu gün Brüsselə səfər edərək, Avropa Komissiyasının sədri Jan Klod Yunker ilə müzakirə aparmalıdır.