Braziliyada əkin yerləri üstündə çıxan savaşda onlarla nəfər həyatını itirib
Yan 13, 2018 20:05 Asia/Baku
2017-ci ildə Braziliyada torpaq üstündə çıxan davalarda onlarla nəfər öldürülüb.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, əkinçilərin hüquqlarını müdafiə üzrə katolik təşkila tolan Pastoral Torpaq Komissiyası cümə günü bir hesabat yayaraq, 2017-ci ildə Braziliyada əkinçilər arasında torpaq üstünda çıxan davalarda 65 nəfərin öldürülməsindən xəbər verib.
Bu təşkilat öz illik hesabatında bu kimi hadisələri kəskin formada qınayıb.
Braziliyada kiçik torpaq sahələrinə malik olan əkinçilər öz məhsullarını satmaq üçün ciddi problemlərlə üzləşirlər.
Bu əkinçilər iri sahibkarlar tərəfindən təhdid edilirlər. Bəzi hallarda isə bu qarşıdurma əkinçilərin öldürülməsi ilə nəticələnir.