Yan 14, 2018 09:56 Asia/Baku
  • Şeyx Zəkzaki 2 ildən sonra jurnalistlər qarşısına çıxdı
    Şeyx Zəkzaki 2 ildən sonra jurnalistlər qarşısına çıxdı

Nigeriyanın təhlükəsizlik qüvvələri şənbə günü qıısa bir müddət üçün Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx Zəkzakinin qısa bir müddət üçün jurnalistlər qarşısına çıxmasına və onların suallarını cavablandırmasına icazə veriblər.

İRNA-nın məlumatına görə, Şeyx İbrahim Zəkzaki Nigeriyanın paytaxtı Əbucada bir xəstəxanada olduqdan sonra jurnalistlər qarşısına çıxıb. O, Nigeriya xalqına ona olan dəstəklərinə görə təşəkkür edib.

Şeyx İbrahim Zəkzaki hələ də həyatda olduğunu və ona həkim müayinsindən keçmək icazəsinin verildiyini bildirib. 

Şeyx İbrahim Zəkzaki 13 dekabr 2015-ci il tarixində Nigeriya ordusunun Zaria şəhərində şiələrin hüseyniyəsinə hücumu zamanı həbs edilmişdi. 

Bu hücum zamanı onlarla nəfər həlak olmuşdu. 

Son günlər Nigeriya xalqı geniş aksiyalar təşkil edərək, Şeyx Zəkzakinin azadlığa buraxılmasını istəyib. 

Teqlər